Qazi Osmanov Zamir Şakir oğlu 05.01.2023-cü il tarixində Sabunçu Tibb Mərkəzindən Kliniki Tibbi Mərkəzə decubitus xorası ağırlaşması səbəbilə köçürülüb.
Sitat.info xəbər verir ki, bu barədə TƏBİB-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, qazinin 06.01.2023-cü il tarixində vəziyyəti ağırlaşıb və sepsis diaqnozu ilə süni tənəffüs aparatına qoşulub:
"07.01.2023-cü il tarixində “YAŞAT” Fondunun dəstəyi ilə özəl tibb müəssisəsinə təxliyyə olunub. Sözügedən qazi Fondun dəstəyi ilə Türkiyədə də müalicə alıb.
08.01.2023-cü il tarixində pasiyentdən götürülən analizin nəticəsində COVID-19 aşkarlandığı üçün ağır vəziyyətdə Məhəmmədi Modul Tipli Xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səyinə baxmayaraq, o, 11.01.2023-cü il tarixində vəfat edib".