Kardırovun başına 500.000 dollar qoyduğu komandir danışdı: " Gəl,al" - VİDEO

23:39 3 Mart 2022

Çeçenistan rəhbəri Ramzan Kadırov öz telegram kanalında hər bir ukraynalı komandirin başı üçün 500 min dollar mükafat ayırdığını yazıb.

Kadırov Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyinə və Ukrayna Təhlükəsizlik Xidmətinə də müraciət edib:

“Siz daha təhsilli və savadlı insanlarsınız, Ukrayna ərazisindən pis ruhları, nasist çaqqalını qovmaq üçün vəziyyəti başa düşməli və rus ordusu ilə çiyin-çiyinə durmalı idiniz.  Amma nədənsə banderaçılardan qorxdunuz. Onlardan qorxmayın”, – deyə Kadırov qeyd edib.

Sitat.info xəbər verir ki, buna cavab olaraq Ukrayna komandirlərindən olan Andrey Biletsky Kadirova səslənib: "Kadırov elan edib ki, Ukrayna komandirlərinin başına 500000 dollar pul qoyub. Buradan ona səslənirəm, əgər bacarırsansa, gəl al. Bizim torpaqlarımıza soxulmusunuz və buna cavab verəcəksiniz, məhv olacaqsınız".

Videonu təqdim edirik...



Xəbər xətti