"Qarabağdan Ermənistana iki gizli yolun varlığı barədə xəbərlər yayılıb. Erməni separatçılarının bu yolla Ermənistandan Xankəndiyə silah və sursat daşığıdı barədə fikirlər var. Bunu təsdiq və ya təkzib edəcək qurum Azərbaycan Müdafiə Nazirliyidir".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, aydındır ki, həmin yol və ya yollar varsa asfaltlanmayıb, istifadə etmək asan deyil: "Buna baxmayaraq, Ermənistandan Qarabağa piyada yoluyla da silah daşımaq mümkündürsə, bunun da qarşısı alınmalıdır. Azərbaycanın kəşfiyyat imkanları genişdir, erməni separatçılarının yerdəyişmələrini kosmik incələmə imkanlarımız da var".
Politoloq vurğuladı ki, bu yollar vurulmalıdır: "Demək, əgər Qarabağla Ermənistanı birləşdirən başqa çığır yollar da varsa onlar ya nəzarətə götürülməlidir, ya da raket zərbəsiylə dağıdılmalıdır. Bütün yollar Azərbaycan sərhədçilərinin nəzarətində olmalıdır".
Nərgiz,
Sitat.info