Gələn il Şuşada açılacaq məktəbdə neçə şagird dərs ala biləcək? - AÇIQLAMA

10:49 4 Mart 2022

“İşğaldan azad olunan ərazilərdə təhsil infrastrukturunun yaradılması istiqamətində sürətli işlər gedir”.

Oxu.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” (PSTM) tədbirində təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir bildirib ki, gələn ilin əvvəlində Şuşadakı məktəbin açılışı planlaşdırılır:

“Məktəbdə 960 şagird dərs ala bilər”.

Onun sözlərinə görə, təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələrin hazırlanır:

“Metodiki tövsiyələrə uyğun olaraq məktəblərdə mütəmadi şəkildə mina təhlükəsi, onun fəsadları barədə şagirdlərlə maarifləndirici tədbirlər həyata keçirilir. Bu tədbirlərin baş verə biləcək təhlükələrin qarşısının alınması baxımından əhəmiyyəti böyükdür”.

O qeyd edib ki, Ağdamdakı məktəbin tikintisinin başa çatması gələn sonuna nəzərdə tutulub.



Xəbər xətti