"Zelenskinin çevrəsində çat yaranacaq, Arestoviçin istefası ilə başladı" - Siyasi şərhçi

18:29 17 Yanvar 2023

"Rusiyanın ordunu böyütməsi bu dövlətin xarakteri ilə bağlıdır. Heç kim unutmamalıdır ki, Rusiyanın hər zaman müharibədə əsas gücü insan amili olub. Berlinin alınması zamanı 500 min sovet əsgəri həlak oldu. Ona görə Rusiyanı artıq Ukraynada məğlub elan edən parapolitoloqlar tələsməsin".

Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi , Ağ Partiya sədrinin müşaviri Azər Hüseynov deyib.

O , vurğulayıb ki, Rusiya Ukraynanı danışıqlar masasına oturmağa məcbur etmək istəyir: "Əslində, indiki mərhələdə ruslar  üçün DNR və LNR üçün müharibə olmama zəmanəti kifayət edir . Ona görə Rusiyanın demoqrafik amilini heç kim unutmamalıdır. Proseslər başlayanda mən demişdim ki, Zelenskinin çevrəsində çat olacaq. Bu çat artıq Arestoviçin istefası ilə başlayır".

A.Hüseynov qeyd etdi ki, Ukraynaya  sülh lazımdır: " Kiyevə nəfəsini dərmək lazımdır və daha ciddi hazırlaşmaq lazımdır. Daha milli yanaşma lazımdır. Bir də ona yardım edənlərə yəni Azərbaycan və Türkiyəyə "sağ ol" deməlidir. Daha "get mən də buradayam" deyənlərə yox".

Məğrur, 

Sitat.info



Xəbər xətti