NATO rəsmisinin Cənubi Qafqaz "turnesi" uğurlu nəticələrlə yadda qalacaq - Şərh

13:30 18 Yanvar 2023

NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bu həftə Azərbaycana və Ermənistana səfər edəcək.Bu barədə Alyansdan məlumat verilib. 
 Səfərlərin məqsədi aydındır: Cənuibi Qafqazdakı durumla, o cümlədən İrəvan- Bakı münasibətlərinin son mənzərəsi ilə tanış olmaq.  
 Azərbaycanla NATO arasında xoş münasibəltər var. Bu, xüsusilə hərbi əməkdaşlıq müstəvisində özünü göstərir. 
 Ələlxüsus, Vətən müharibəsindəki qələbədən sonra NATO-nun Azərbaycana diqqəti daha da artıb.  Alyansla Bakı arasındakı əlaqələrə təsir edən başqa bir məqam isə Türkiyə ilə olan münasibətlərdir. Ankara NATO-nun aparıcı üzvlərindən biridir. Bu gün Azərbaycan ordusu Türkiyə modelinə uyğunlaşmaqdadır. Bu isə o deməkdir ki, Azərbaycan Silahlı Qüvvələrində həm də NATO standartlarına uyğunlaşma prosesi gedir. 
 Bu baxımdan NATO ilə münasibətlərdə Azərbaycan daha üstün mövqeyə malikdir.


X. Kolominanın səfəri zamanı, tərəflər arasında sülh perspektivi ilə yanaşı, həm də Laçın yolundakı son durum müzakirə olunacaq. Azərbaycan rəsmiləri həmsöhbətlərini mövcud vəziyyət barədə ətraflı, dolğun məlumatlandırmalı, Ermənistanın humanitar böhranla bağlı yaydığı iddiaların həqiqətə uyğun olmadığını konkret faktlarla izah etməlidirlər.
 Düşünürəm ki, görüşlər zamanı İrəvan - Bakı münasibətləri ilə bağlı hansısa razılıqların əldə olunması mümkündür.
 Onu da deyək ki, NATO nümayəndəsinin indiki gərgin məqamda regiona səfəri həm də Rusiya ilə bağlıdır. Alyans bu dövlətin bölgədəki təsirini azaltmağa çalışır. Səfər həm də buna hesablanıb.
 NATO Kremlə regiondakı mövcudluğunu göstərməyə çalışacaq. Yəni bu "turne" həm də bir növ "əzələ nümayişi" səciyyəsi daşıyacaq. 
 Bütün hallarda səfər xeyrimizə olacaq və uğurlu nəticələrlə yadda qalacaq.

Siyasi şərhçi Kənan Novruzov

Xüsusi olaraq Sitat.info üçün...



Xəbər xətti