ƏƏSMN: Prezidentin Sərəncamı 100 min pensiyaçını əhatə edir

14:17 4 Mart 2022

Prezident İlham Əliyevin yeni Sərəncamı əmək pensiyasına qulluq stajına görə əlavələr alan pensiyaçılara (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və b.) xüsusi qayğının növbəti təzahürü olmaqla onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir addımdır.

Nazirlikdən APA-ya verilən xəbərə görə, Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq pensiya məbləğlərinin (qulluq stajına görə əlavələr də nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım ödəyəcək.



Xəbər xətti