"Parlamentdə 125 millət vəkili var. Ancaq cəmi 20-25 deputatın ictimai-siyasi proseslərdə aktiv olduğunu görürük.
Qalanlarının fəaliyyətini görmürük, ancaq vaxt öldürməklə məşğuldurlar. Siz və ya mən neçə millət vəkili tanıya bilərik? Masamızın üzərinə fotolarını qoysalar, maksimum 25 deputat tanıyarıq.
Ona görə ki, aktual, prinsipial məsələrlə bağlı fikir bildirmirlər".
Bu sözləri "Sitat tv" nin canlı yayınında qonaq olan politoloq Elxan Şahinoğlu deyib.
Sitat.info həmin videoparçanı təqdim edir:
Məğrur,
Sitat.info