Pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsinə reaksiyalar artır. Fransa prezident Emmanuel Makronun uzun müddətdir hökuməti tərəfindən səsverməyə çıxarılacaq mübahisəli pensiya islahatına qarşı tətillər başlayıb. Qatarları, təyyarə uçuşları, təhsil və hətta səhiyyə xidmətləri dayandırılıb, tətil dalğası getdikc böyüyür. Beləliklə, tətillər Makronu geri addım atmağa vadar edə bilərmi?
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, son rəy sorğuları Fransa ictimaiyyətinin əksəriyyətinin qanun layihəsinin əleyhinə olduğunu göstərir. Bəs, demək olar ki, bütün həmkarlar ittifaqlarının iştirak edəcəyi ümummilli tətillər Makronu pensiya islahatından geri addım atmağa vadar edə bilərmi?
Prezident Makronun pensiya sistemini dəyişmək cəhdi əslində uğursuzluqla başa çatıb.
2019-2020-ci ilin qışında gündəmə gələn qanun layihəsi ölkədə 1968-ci ildən bəri ən böyük tətil dalğasına səbəb oldu. Daha sonra Covid-19 epidemiyasının başlaması ilə prezident layihəni dayandırdı.Bir çox rəy sorğuları fransızların əksəriyyətinin Makronun təkliflərinə qarşı olduğunu göstərir. Bu yaxınlarda keçirilən genişmiqyaslı sorğuda 66 faiz pensiya yaşının 62-dən 64-ə qaldırılmasının əleyhinə çıxış edib, 60 faizi isə tam pensiya üçün tələb olunan ödəniş müddətinin 43 ilə qaldırılmasını istəmir.
Seymur Bənnayev,
Sitat.info