Estoniyanın Tapa Hərbi Bazasında bir çox ölkələrin müdafiə nazirlərinin iştirakı ilə görüş keçirilib.
Sitat.info xarici mediaya istinadən cavab verir ki, iştirakçılar arasında olan Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynanı dəstəkləməyə davam edəcəklərini bildirib.
Rusiyanın Ukraynadakı hücumlarına cavab olaraq hərbi dəstəyi artıracaqlarını ifadə edən Uolles, "Ukraynaya daha 600 Brimstone raketi göndərəcəklərini deyib. Bu raketlər Ukraynanın döyüş meydanında güclü olmasını təmin etmək üçün son dərəcə əhəmiyyətli olacaq" -deyib.
Qərb müttəfiqlərinin Rusiya prezidenti Vladimir Putinin işğalına qarşı uzun müddətdir bir yerdə olduqlarını bildirən Uolles vurğulayıb ki, raketlərlə bağlı razılaşma baş nazir Rişi Sunak ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı zamanı əldə olunub.
Nərgiz,
Sitat.info