"Mən inanıram ki, Türkiyə seçiciləri çox dünyagörüşlü, informasiyalı seçicidir. Mayın 14-də seçki keçiriləcək və mən inanıram ki, Ərdoğan qalib gələcək. Qalib də gəlməlidir".
Bu sözləri Sitat.info-ya açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, vurğulayıb ki, Ərdoğan güclü liderdir: "Türkiyə deyəndə son 100 ildə Atatürkdən sonra ağlınıza gələn lider kimdir? Ərdoğan ağıla gəlir. Türkiyədə bu qədər güclü, Rusiya ilə Ukraynanın münasibətlərini düzəltməyə çalışan, taxıl böhranının qarşısını alan, dünyada gedən proseslərdə söz sahibi olan, İraqda, Liviyada, Livanda, Suraiyada söz sahibi olan , ABŞ-ın regiondakı ayaqlarını kəsməyə çalışan, dünyada kimsəsiz qalan müsəlmanlara sahib çıxan adam Ərdoğandır. Belə bir ikiüzlü, ədalətsiz dünyada bizim belə bir dost ölkəmiz var. Ərdoğan yeri gələndə Baydenə, yeri gələndə Putinə, eləcə də digər -liderlərə sözünü deyə bilir"
T.Abbaslı hesab edir ki, Azərbaycan əhalisinin 80-90 faizi AK Partini və Ərdoğanı dəstəkləyir: "Məhz Azərbaycana münasibətinə görə. Türkiyədə elə bir siyasətçi kimdir ki, Azərbaycan deyəndə Can Azərbaycan desin. Qələbə paradını İlham Əliyevlə Ədoğan bir yerdə qəbul elədi. Ərdoğanı istəməyən 15-20 faiz o şəxslərdir ki, Amerika və Avropanın təsirindədirlər. Fransanı azadlıq carçısı kimi qəbul edənlərdir. Baxmayaraq ki, Fransa Ermənistanın belə Azərbaycan torpağı kimi qəbul etdiyi Qarabağı qəbul etmək istəmir. Bu insanlar Ərdoğanın qələbəsini arzulamır".
Nərgiz,
Sitat.info