"Xarici İşlər Naziri Ceyhun Bayramov deyir ki, baş verənlərə görə SSRİ rəhbərliyi məsuliyyət daşıyır. Bu qətliamı sifariş verənlər və icraçılar cəzalandırılmalıdırlar. Cümləyə baxın. 33 il keçib. SSRİ yoxdur, SSRİ rəhbərliyindən axırıncı Qarboçov idi ki, gorbagor oldu. Mənim xarici işlər nazirliyim də gör nə deyir? Bu dişsizlikdi"
Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Müsavat TV-nin efirində səsləndirib.
O vurğulayıb ki, Laçın yolundakı aksiya bu qədər uzanmamalı idi: "Lavrov sonuncu açıqlamasında Azərbaycanı ittiham etdi. Əgər sabah Fransa, Amerika Qarabağı müstəqil dövlət kimi tanısalar, onlardan qabaq Rusiya tanıyacaq. Bu o Rusiyadır ki, 22 fevralda Azərbaycanla müttəfiqlik sazişi imzaladı, necə oldu o müttəfiqlik?".
Ü.Cəfərov Xankəndiyə gedən avtomobillərin sayını diqqətə çatdırıb: "Laçın yolundan 500-ə yaxın avtomobil keçib. Nə daşıyırlar bunlar, nəyə hazırlaşırlar? Bu suallara kimsə aydınlıq gətirəcəkmi? O uşaqlar 39 gün yox, 59 gün plakatla dayansalar nə olacaq? Yolu bağlayan Rusiyadırsa, Lavrov niyə Azərbaycanın üzərinə gəlir?".
Məğrur,
Sitat.info