Rişi Sunak üzr istədi

08:57 20 Yanvar 2023

“Baş nazir kiçik videomüraciət yazmaq üçün kəmərini açıb. O, bunun səhv olduğunu tam etiraf edir və buna görə üzr istəyir”.

"Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniya hökuməti başçısının nümayəndəsi deyib.

Bildirilib ki, Baş nazir Rişi Sunak təhlükəsizlik kəmərini taxmadan avtomobilin arxa oturacağında oturduğu üçün üzr istəyir.

Qeyd edək ki, Baş nazir videonu Lankaşirə səfəri zamanı lentə alıb. 

 

 



Xəbər xətti