"Rusiya qoşunlarının Azərbaycandan çıxarılması o qədər asan proses deyil. Bu yalnız bizdən asılı olan məsələ deyil. Burada bir çox amillər birləşməlidir. Azərbaycan Türkiyə ilə inteqrasiyanı dərinləşdirməlidir. Yüksək texnologiyalı ordu sisteminə keçilməlidir".
Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiya başqanının müavini, siyasi şərhçi Azər Hüseynov deyib.
O bildirib ki, Rusiyaya paralel təsir imkanları iqtisadi, siyasi, mədəni təsir imkanları artmalıdır: "Rusiyaya yumşaq güc imkanlarımız artmalıdır. Rusiya Tədqiqatları Mərkəzi olmalıdır. Rusiyanın daxili təsir güclərinə təsir etməliyik. Ermənistanla Rusiya arasında çatı dərinləşdirməliyik".
A.Hüseynov vurğuladı ki, bunun üçün media, ictimai təsirə malik insanların gücündən faydalanmalıyıq: "Azərbaycanın təbliği və ermənilərin mənfi obrazda verilməsi üçün mediamızın rus dilli seqmenti olmalıdır".
Nərgiz,
Sitat.info