Kosovoda son 3 gündür davam edən leysan yağışları səbəbindən ölkənin mərkəzi küçələri, xüsusilə İpek, Skenderay, Mitroviça və Poduyeva bölgələri su altında qalıb. Çayların daşması nəticəsində bir çox şəhərlərdə evlər və iş yerləri su altında qalıb,
Sitat.info xəbər verir ki, Kosovo Təhlükəsizlik Qüvvələrinin (FSK) qayıqları və hərbi maşınları ilə kosovalılar xilas edilib.
Gecə saatlarında xilasetmə işləri davam edərkən vətəndaşlar təhlükəsiz ərazilərə yerləşdirilib. Səlahiyyətlilər ən azı 100 nəfərin təxliyə edildiyini bildirib.
Bundan əlavə, Kosovo Meteorologiya İdarəsi tərəfindən edilən yazılı açıqlamada yağışların bir neçə gün daha güclü olacağı barədə xəbərdarlıq edilib.
Səid İsaoğlu,
Sitat.info