Kiyevə bu silah verilməlidir ki, Rusiyanı məhv etsin!

08:36 23 Yanvar 2023

ABŞ Krım ərazisinə zərbələr endirmək və Rusiyanı məğlub etmək üçün Ukraynaya ATACMS uzaqmənzilli taktiki ballistik raketlər göndərməlidir.

Sitat.info xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin sədri Maykl Makkol deyib.

“Onlara (Ukrayna - red.) Krıma zərbə endirmək üçün uzaqmənzilli ATACMS raketləri lazımdır”, - o bildirib.

Makkol əlavə edib ki, yüksək rütbəli müşavirlər və ukraynalılar yarımadanın ərazisinə hücumlar üçün ATACMS-ın zərurətindən danışırlar, çünki pilotsuz təyyarələr Krım ərazisindən buraxılır:

"Biz onlara lazım olanı - "Stinger", "Javelin", HIMARS və daha uzaqmənzilli artilleriya silahları verdikdə, onlar qalib gəlirlər".

 

/Axar.az



Xəbər xətti