Pakistan bu gün bütünlüklə işıqsız qaldı

12:49 23 Yanvar 2023

Pakistanda milli elektrik şəbəkəsindəki nasazlıq səbəbindən ölkə boyu elektrik enerjisi kəsilib. 
Sitat.info xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Paytaxt İslamabad, Kəraçi, Lahor və Pişəvər də daxil olmaqla bir çox şəhər elektrik enerjisiz qalıb.

 Məlumata görə, ölkə miqyasında yaranan fasilə 12 saat ərzində aradan qaldırılacaq.

Pakistanda zəif infrastruktur və pis vəziyyətdə olan texniki xidmət standartlarına görə elektrik enerjisi tez-tez kəsilir.

 Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti