Şagirdlərin qış tətilinin vaxtı açıqlandı

16:54 23 Yanvar 2023

Məktəblilərin qış tətili günləri açıqlanıb. 

Elm və Təhsil Nazirliyindən “Sitat.info”ya verilən məlumata görə, ümumi təhsil müəssisələrində 5 gün (27-31 yanvar) qış tətili olacaq.

Qış tətilindən sonra ümumi təhsil müəssisələrində ilk iş günü fevralın 1-dir. 

Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

 



Xəbər xətti