"Hakimiyyət özlərindən başqa kimisə günahlandırmağa çalışır" - Erməni strateq Paşinyanı tənqid etdi

18:13 23 Yanvar 2023

 "Əgər cəmiyyətdən real, ciddi təzyiqlər olsaydı, o zaman hakimiyyətə çox ağır təsir edərdi. Əgər güclü təzyiq olsaydı, o zaman nəinki Papikyan, hətta Paşinyan da istefa verməyə hazır olduqlarını açıqlayardı".

Sitat.info xəbər verir ki, bunu  erməni siyasi strateq Vigen Akopyan deyib.

O, qeyd edib ki, hazırda Ermənistanda hakimiyyətə ciddi təzyiqlərin olduğuna inanmır: 

“Təəssüf ki, etirazlar səs-küy və mətbəx söhbətlərindən o yana getmir, amma səs-küy daha yüksək olmalı idi. Hakimiyyət yayımlanan xəbəri hər hansı məlumatla izah etmək üçün versiya irəli sürməli olub. Amma i hər şeyi “keçmişin” üzərinə atmaq mümkün deyildi, ona görə də daxili versiyanı irəli sürmək lazım idi”, - deyə Akopyan əlavə edib.

O qeyd edib ki, hakimiyyət öz üslubuna sadiq qalır, özlərindən başqa kimisə günahlandırmağa çalışır: " Hakimiyyət tez-tez öz elektoratına yönəlmiş bəyanatlar verir ki, onları başqa yalanla qidalandırsın və diqqəti real gündəmdən, məsələn, orduda belə bir vəziyyətin yaranmasının səbəblərindən yayındırsın”, - ekspert vurğulayıb.

Hakimiyyət ictimai rəyə əhəmiyyət vermir və onun fikrincə, əsas problem odur ki, çoxlu sayda insan Ermənistanı virtual ölkəyə çevirib və bu onu göstərir ki, nəinki ölkə qurulmayıb, həm də cəmiyyət bu cür formalaşıb. 

"Ermənistandakı cəmiyyətin, eləcə də diasporun və bütün ermənilərin ətrafında birləşəcəyi vahid milli ideyası yoxdur. 2018-ci ilə qədər belə fikirlər "Artsax" məsələsi və erməni soyqırımının tanınması idi. Müqavimət Hərəkatı dövründə bu özünü büruzə verdi və müxalifətin səhvi ondan ibarət idi ki, o, təkcə təhlükəsizlik məsələsini deyil, müxtəlif təbəqələri maraqlandıracaq mövzuları elan etməklə sosial bazanı genişləndirməyə çalışmadı”, - deyə Akopyan fikrini yekunlaşdırıb. 

Nərgiz,

Sitat.info



Xəbər xətti