Almaniya İsveçdə Danimarkalı siyasətçi Rasmus Paludanı Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırdığına görə qınayıb.
Sitat.info xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristian Vaqner, Berlində keçirilən mətbuat konfransında bu sözləri deyib:
"Həftə sonu baş verən bu hərəkəti qınayırıq. Bu, hörmətsizlikdir və son dərəcə yersiz hərəkətdir".
Vaqner bu hərəkətin İsveçdə əhalisinin baxışını ifadə etdiyinə də şübhə etdiyini bildirib: "Bu cür təxribatlar parçalanmalara səbəb olur, onlara daha çox həmrəylik və birliklə cavab vermək lazımdır".
Nümayiş və ifadə azadlığı kimi, din və inanc azadlığının da Almaniya hökuməti və Avropadakı tərəfdaşlarının dünya miqyasında dəstəklədiyi və əldə etməyə çalışdıqları yüksək dəyər, insan hüququ olduğunu vurğulayan Vaqner deyib ki, nifrət dilində danışmaz olmaz.
Türkiyə və İsveçin Avropa Şurasının üzvü olduğuna diqqət çəkən Vaqner əlavə edib ki, Avropa bütün dinlərin dinc yanaşı yaşamasının tərəfdarıdır.
Nərgiz,
Sitat.info