İstanbulda erməni kilsəsi yandı: ölənlər var

09:56 24 Yanvar 2023

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu rayonunun Qaraköy məhəlləsindəki Surp Pırgiç erməni katolik kilsəsinin yataqxana hissəsində yanğın baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Yanğın nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hadisənin başvermə səbəbi məlum deyil./Axar.az



Xəbər xətti