Cənubi Koreyada ən soyuq günlər: Temperatur mənfi 39,3 dərəcə

15:57 24 Yanvar 2023

Cənubi Koreyada qış mövsümünün ən soyuq günlərində havanın temperaturunun nə qədər olacağı açıqlanıb. Belə ki, ölkənin bəzi bölgələrində temperaturun 39,3 dərəcə şaxtaya enməsi gözlənilir. 

Sitat.info xəbər verir ki,  Koreya Meteorologiya İdarəsi (KMA) termometrlərin paytaxt Seulda 25, ölkənin şimalında isə 39,3 sıfırın altında olduğunu açıqlayıb.

Bəzi rayonlarda güclü qar yağması və küləyin təsiri nəticəsində temperaturun qış mövsümünün ən aşağı səviyyələrinə düşüb.

Bildirilib ki, ölkədə əlverişsiz hava şəraiti ilə əlaqədar 466 reys təxirə salınıb, bu şaxta quru və dəniz nəqliyyatına da mənfi təsir göstərib.

Şimali Koreyada hakimiyyət sərt qış şəraiti ilə əlaqədar ictimaiyyəti diqqətli olmağa çağırıb. Ölkənin şimal rayonlarında havanın temperaturu 30 dərəcə şaxtaya enib, sahilyanı ərazilərdə güclü külək xəbərdarlığı edilib. 

Paytaxt Pxenyan istisna olmaqla, elektrik enerjisinin çox da yayılmadığı Şimali Koreyada insanlar istilik üçün sobalardan istifadə edir. Soyuq havaların təsirli olduğu son illərdə Şimali Koreyada bir çox insan aclıqdan və ya soyuqdan ölüb.

Şimali Koreyanın qida təhlükəsizliyinin quraqlıq səbəbindən 1990-cı ildən bəri ən kritik həddə çatıb. 

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti