Finlandiyada İsveç olmadan NATO variantı gündəmdədir

16:03 24 Yanvar 2023

Ankara İsveçdə Türkiyənin qırmızı xətlərini pozan təxribatlara yol verilməsinə reaksiya verir. Prezident Ərdoğanın “İsveç NATO-ya dəstək gözləməsin" mesajı NATO-ya üzvlük prosesini birgə icra etdiyi Finlandiyada müzakirələrə səbəb oldu. Finlandiya hazırda NATO üçün “İsveçsiz” davam edib-etməmək barədə müzakirələr aparır.

Sitat.info xəbər verir ki, İsveç terror təşkilatlarının təxribatlarına icazə verib, hətta Quranın təhqir olunmasına da dözüb.

Bu hadisələrdən sonra Türkiyənin İsveçə reaksiyası NATO-ya üzv olmaq üçün mübarizə apardığı Finlandiyada böyük əks-səda doğurdu.

İndi müzakirə İsveçlə və ya onsuz NATO-ya daxil olmaqdır.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bu fikirdədir ki, NATO-ya birlikdə üzv olmaq hələ də mümkündür.

Haavisto bildirib ki, "Bunun baş verməsi üçün hər şeyi etməliyik".  O, məsələnin sakitləşdiyi vaxt müzakirəyə çıxarılmasının tərəfdarı olduğunu,d anışıqların bir neçə həftəlik dayandırıla biləcəyini də bildirib.

Finlandiya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Jussi Halla-aho “İsveçsiz NATO” mesajını verib.

O, Finlandiyanın İsveç olmadan da davam edə biləcəyinə diqqət çəkib.

Mediada yayılan xəbər və şərhlərin ortaq nöqtəsi İsveçdəki qalmaqalın həm də Finlandiyanın milli təhlükəsizliyinə hücum olmasıdır.

“İlta-Sanomat” qəzeti Ərdoğanın “İsveç artıq NATO-ya üzvlük üçün dəstəyi gözləyə bilməz” açıqlaması ilə manşet edib.

Helsingin Sanomat qəzeti isə Türkiyənin xəbərdarlığına baxmayaraq İsveç polisinin təxribata icazə verdiyinə diqqət çəkib.

Həmçinin bəyanatda bildirilir ki, "Finlandiyanın xarici işlər naziri İsveçlə NATO danışıqlarını davam etdirməyə çalışır"

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti