2015-ci ildə Covid-19-a bənzər bir epidemiyaya hazır olmadığımızı bildirən və xəbərdarlıq edən Geyts haqlı idi. 2019-cu ilin son günlərində həyatımıza daxil olan koronavirus (Covid-19) qısa zamanda qlobal pandemiyaya səbəb olub və milyonlarla insanın həyatına son qoyub. Koronavirusa qarşı ən böyük silah olaraq xarakterizə edilən peyvəndlərə verdiyi dəstəyi ilə tanınan Qeyts bununla bağlı çoxlu çıxışlar etdi.
Sitat.info xəbər verir ki, Sidneydə keçirilən konfransda çıxış edən Qeyts dünya liderlərinə müraciət edib.
İngilis Daily Mail-də çıxan xəbərə görə, Geyts növbəti pandemiyanın insan tərəfindən yaradılacağını və koronavirusdan çox daha qəddar ola biləcəyini söylədi. Dünya liderlərinin fikir ayrılıqlarını bir kənara qoyub hazırlığa indidən başlamalı olduğunu vurğulayan Qeyts daha çox qlobal əməkdaşlığa çağırıb.
Qeyts, sözügedən ssenarinin reallaşacağı təqdirdə bunun dünyaya iqtisadi bədəlinin 10 trilyon dollar olacağını vurğuladı. Milyarder iş adamı, kabus ssenarisi kimi tanınan bu vəziyyətə hazır olmaq üçün hər beş ildən bir həm milli, həm də regional səviyyədə təlim keçirilməli olduğunu dilə gətirib.
Covid-19-un son pandemiya olmayacağını dəfələrlə bildirən Qeyts yeni epidemiyanın qarşısını almaq üçün əlamətdar bir qərar vermişdi. Lazımi addımların atıldığı təqdirdə yeni bir pandemiyanın qarşısının alına biləcəyini ifadə edən Qeyts, qlobal epidemiyaya qarşı reaksiya və səfərbərlik üçün yaradılan GERM komandası adlandırdığı cavab qrupuna ildə 1 milyard dollar sərmayə qoyacağını açıqladı.
Bu sərmayədən əlavə, Qeytsin planına bütün dünyada diaqnostika və səhiyyə sistemləri üçün Ar-Ge-yə daha çox dəstək verilməsi də daxildir.
Nərgiz,
Sitat.info