Zelenski yeni təhlükədən danışdı: Ruslar Belarusdan hücum edə bilər...

17:49 24 Yanvar 2023

Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, Rusiya hərbçilərinin Belarusdan hücumu ehtimalı var, lakin bu hücum uğursuz olacaq.

Sitat.info UNİAN-a istinadən xəbər verir ki, bunu Zelenski Finlandiya prezidenti Sauli Niiniste ilə birgə brifinqdə deyib.

Zelenski Belarusun Ukrayna ilə "təcavüz etməmək haqqında paktı"  təklifi ilə bağlı bəyanatına münasibət bildirib: "Ukraynanın rəsmi təklif etdiyi hər şeyi eşidirsiniz. Biz Belarusa hücum etmək fikrində deyilik və heç vaxt da planlaşdırmamışıq. Belə bir niyyət yoxdur”.Bu, bütün Ukrayna xalqından Belarus xalqına əsas siqnaldır".
Ukrayna prezidenti vurğulayıb ki, Belarusun müstəqilliyini itirməməsi və heç kimin təsirinə baxmayaraq,  “tamamilə biabırçı müharibəyə” girməməsi Ukrayna üçün çox vacibdir.

“ Mən görürəm ki, Belarus əhalisi və müstəqil Belarusun hərbçilərinin əksəriyyəti hücum etmək, Ukrayna cəmiyyətinə qarşı silah qaldırmaq istəmirlər. ”, - deyə Zelenski bildirib.

O əlavə edib ki, Belarus qoşunları bu istiqamətdə hücuma keçsə, Ukrayna təəccüblənəcək.

“Bu gün istənilən dövlətin ərazisində ola bilən rus qoşunlarına gəlincə, onlar belə bir “hərbi Şengen”ə sahib olduqlarına inandıqlarına görə,  hər şey onların  hər hansı bir dövlətin  rəhbərliyinə, əhalisinə hörmətindən,  müstəqil ərazisinə  silahlı şəxslərin daxil olmasına imkan  verməyən hərbçilərin gücündən asılıdr”. 

Zelenskinin fikrincə, belə bir hal olarsa, Ukrayna hərbçiləri buna hazır olacaqlar. 

Məğrur,

Sitat.info



Xəbər xətti