Yalnız bu xalqlar güclü olur - Ərdoğan

08:22 25 Yanvar 2023

Bir cəmiyyət mədəniyyət və incəsənət sahəsindəki dərinliyi, zənginliyi qədər güclüdür, daimidir, məruz qaldığı hücumlara davamlıdır. 

Sitat.info xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Ərdoğan qeyd edib ki, müdafiə, iqtisadiyyat, hərbi, diplomatiya və digər sahələrdə qazanılan nailiyyətlərin davamlılığı mədəniyyət və incəsənətdən də asılıdır:

"Mədəni-bədii həyatı yetərincə inkişaf etməmiş, amma hərbi və iqtisadi cəhətdən irəli getmiş cəmiyyətlər qısa müddətdə saman alovu kimi söndülər. Zəngin mədəniyyəti, orijinal və dərin sənət anlayışı olan xalqlar həmişə yenidən ayağa qalxıb, küllərindən yenidən doğulmağı bacarıblar".

 



Xəbər xətti