Antarktidadan London böyüklüyündə aysberq qopur

13:55 25 Yanvar 2023

Böyük Britaniyanın Antarktika araşdırma mərkəzi 150 metr qalınlığında olan Brunt Buz Şelfindən 1550 kvadrat kilometrlik aysberqin qopduğunu açıqlayıb. Bazar ertəsi mətbuata verilən açıqlamada aysberqin London ölçüsündə olduğu vurğulanıb.

Sitat.info xəbər verir ki, Britaniya Antarktika Araşdırmaları Mərkəzi (BAS) 1550 kvadrat kilometrlik aysberqin bazar günü Antarktika sahillərində 150 ​​metr qalınlığında olan Brunt Buz Şelfindən qopduğunu və bölgədə son iki ildə ikinci qırılma olduğunu vurğuladı.

 

BAS, aysberqin qırılmasını gözlədiklərini və bunun iqlim dəyişikliyinin nəticəsi olmadığını vurğulayıb. Qırılan aysberqin təxminən London və onun bölgələri ölçüsündə olduğu bildirilib.

BAS-ın direktoru professor Dame Jane Francis dedi: “Bizim mütəxəssislərimiz və əməliyyat qruplarımız bu hadisəni gözləyirdilər. Buz təbəqəsinin ölçülməsi stansiyanı əhatə edən yüksək dəqiqlikli GPS alətlərinin avtomatlaşdırılmış şəbəkəsindən istifadə etməklə gündə bir neçə dəfə aparılır.Bu buz təbəqəsinin necə deformasiyaya uğradığını və hərəkət etdiyini ölçür və ESA, NASA və Alman peyk TerraSAR-X-dan alınan peyk şəkilləri ilə müqayisə edilir. Bütün məlumatlar təhlil üçün Kembricə göndərilir ki, bununla da Antarktika qışında nə baş verdiyini bilirik."

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti