Latviyalı nazir: “Quranın yandırılması qəbuledilməzdir“

14:54 25 Yanvar 2023

"Quranın və ya hər hansı digər dinlərə məxsus kitabların yandırılması qəbuledilməzdir".

Sitat.info xəbər verir ki, bunu Latviyanın xarici işlər nazir Edqars Rinkeviçs deyib.

O bildirib: "Görürük ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün qəbulunun gecikdirilməsi üçün aşkar cəhdlər var. Tamamilə qəbuledilməz insidentlər törədilir. Quranın, İncilin və ya başqa dinlərə aid kitabların yandırılması, dini və nifrət nitqi tamamilə qəbuledilməzdir və bu hərəkətlər istənilən demokratik cəmiyyətlərdə qınanmalı və qanuna əsasən cəzalandırılmalıdır.

Yəqin ki, bir müddət sonra bu insidentlərin arxasında kimin dayandığını aşkar edəcəyik. Biləcəyik ki, bunu edənlər sadəcə hansısa fərdlərdir, yoxsa bunun arxasında hansısa NATO-nun genişlənməsinə qarşı hərəkət edən ölkələr dayanır. Zaman bunu göstərəcək".



Xəbər xətti