“Ora çəkilmiş xərclər məhv olub gedir”

15:04 25 Yanvar 2023

“Gəncəbasar və cənub zonasında yeni cəzaçəkmə müəssisələri tikilib. Demək olar ki, hazırdırlar, amma fəaliyyət göstərmirlər. Ora çəkilmiş xərclər məhv olub gedir və bir müddət sonra daha çox vəsait tələb olunacaq”. 

Sitat.info xəbər verir ki, bu fikirləri İnsan hüquqları komitəsinin iclasında millət vəkili Naqif Həmzəyev deyib.

“Dustaqların valideynləri, yaxınları görüş üçün uzun yol qət edərək əziyyətlə Bakıya gəlirlər. Düşünürəm ki, bu il, maksimum gələn ilə o cəzaçəkmə müəssisələri fəaliyyətə başlamalıdır”, - deputat əlavə edib.



Xəbər xətti