Almaniya gözlənilən qərarını indicə açıqladı və Leopard 2 tanklarının Ukraynaya çatdırılmasını təsdiqlədi. Almaniya hökumətinin sözçüsü ilk addımda 14 "Leopard 2" tankının veriləcəyini və yaxın vaxtlarda Ukrayna əsgərlərinin Almaniyada təliminə başlanacağını açıqlayıb.
Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit Almaniyanın Ukraynaya "Leopard 2" tankları göndərəcəyini açıqlayıb.
Hebestreit, ilk addım olaraq hərbi ehtiyatlardan 14 Leopard 2 tankının alınacağını və Ukrayna əsgərlərinin Almaniyadakı təlimlərinə tezliklə başlanılacağını açıqlayıb.
Almaniyanın müdafiə naziri Boris Pistorius daha əvvəl bəyan etmişdi ki, o, digər ölkələrə Ukrayna ordusuna "Leopard 2" tanklarının istifadəsi üzrə təlim keçə biləcəklərini deyib, lakin Ukraynaya tank göndərmək öhdəliyi götürməyib.
Polşa hökuməti bu həftə Almaniya istehsalı olan "Leopard 2" tanklarını Ukraynaya göndərmək istədiyini, lakin Almaniyanın ixrac icazəsi lazım olduğunu açıqladı.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun məlumatına görə, ən azı 16 ölkədə "Leopard 2" tankı var.
Seymur Bənnayev
Sitat.info