Kreml ABŞ tanklarına meydan oxudu: Onlar da digərləri kimi yanacaqlar

15:36 25 Yanvar 2023

Kremlin sözçüsü Dmitriy Peskov, ABŞ-ın Ukraynaya göndərməyi planlaşdırdığı "Abrams" tanklarının təsirinin genişlənməməsi lazım olduğunu ifadə edərək, "Bu tanklar da digərləri kimi yanacaq. Lakin onlar çox bahadır və xərci ilk növbədə  Avropa vergi ödəyiciləri ödəyəcək".

Sitat.info xəbər verir ki, Paytaxt Moskvada jurnalistlərə açıqlama verən Peskov ABŞ-ın Ukraynaya mümkün "Abrams" tanklarını göndərməsini dəyərləndirib.

Bir çox mütəxəssisin texniki baxımdan daşınmanı “absurd” tapdığına diqqət çəkən Peskov bildirib ki, “Bu plan texnoloji səbəblərə görə itirilən bir plandır və daha da əhəmiyyətlisi Ukrayna Silahlı Qüvvələrinə əlavə edəcəyi potensial açıq şəkildə şişirdilmişdir".

Abrams tanklarının xərcinin avropalılar tərəfindən qarşılanacağını deyən Peskov, "Bu tanklar da digərləri kimi yanacaq. Halbuki onlar çox bahadır və xərci ilk növbədə Avropa vergi ödəyiciləri ödəyəcək. Amerikalılar da həmişəki kimi yaxşı mənfəətlər əldə edəcək".

ABŞ-ın Ukraynaya “Abrams” tipli döyüş tankları göndərmək qərarını tezliklə açıqlaması gözlənildiyi halda, Almaniyanın Ukraynaya “Leopard 2” tankları göndərməyə qərar verdiyi iddia edilib.

Almaniyanın Polşa və Skandinaviya ölkələri də daxil olmaqla digər ölkələrə də tankların Ukraynaya çatdırılmasına icazə verəcəyi iddia edilir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti