Naqasaki əyaləti sahillərində 22 ekipajı olan yük gəmisinin batması nəticəsində 13 nəfər xilas edilib, 9 nəfərin axtarışları davam edir.
Sitat.info xəbər verir ki, Naqasaki əyaləti sahillərində 22 ekipajı olan yük gəmisinin batması nəticəsində 13 nəfər xilas edilib, 9 nəfərin axtarışları davam edir.
Yaponiyanın Naqasaki əyaləti sahillərində üzən Honq-Konq bayraqlı “Jintian” adlı 6551 tonluq yük gəmisi yerli vaxtla saat 23:15 radələrində şiddətli fırtına səbəbindən yardım çağırıb.
Yaponiya Sahil Mühafizə Qüvvələrindən əldə edilən məlumata görə, 14-ü Çin, 8-i Myanma olmaqla, ümumilikdə 22 ekipaj üzvü olan gəmi su götürdükdən qısa müddət sonra batıb.
Bildirilib ki, gəmini tərk etməyi bacaran ekipajdan 13-ü xilas edilib, 9 nəfərin axtarışları davam edir.
Yaponiya Sahil Təhlükəsizlik Qüvvələrinin saat 11.30 radələrində bölgəyə 2 patrul gəmisi göndərərək axtarış-xilasetmə işlərinə dəstək verdiyi, Yaponiya Özünümüdafiə Qüvvələrinin isə bir gəmi ilə işə qatıldığı açıqlanıb.
Seymur Bənnayev
Sitat.info