Almaniyanın Ukraynaya Leopard tankları göndərəcəyini bildirməsindən sonra Hollandiya, Finlandiya və İspaniya da tanklara yaşıl işıq yandırıb.
Hollandiyanın baş naziri Mark Rutte bildirib ki, Hollandiya Ukraynaya döyüş tankları çatdırmağa hazırdır. Rutte RTL-ə deyib: "Hollandiyadan bir töhfə olarsa, biz bunu etməyə hazırıq".
Rutte bildirib ki, Hollandiya hazırda Almaniyadan icarəyə götürdüyü tankları alıb Ukraynaya tədarük etməyi seçə bilər.
İspaniyanın müdafiə naziri Marqarita Robles Almaniyanın tanklar göndərməyə və NATO-nun digər müttəfiqlərinə də eyni şeyi etməyə icazə verdikdən sonra İspaniya Ukraynanı Almaniya istehsalı olan Leopard 2 tankları ilə təchiz etməyə açıqdır.
O, EFE xəbər agentliyinə bildirib ki, İspaniya Qərb müttəfiqləri ilə koordinasiyalı şəkildə hərəkət edərək, Ukraynaya Rusiyanın işğalından qorunmağa kömək edəcək.
Elcano beyin mərkəzinin təhlükəsizlik və müdafiə üzrə tədqiqatçısı Feliks Arteaqanın sözlərinə görə, İspaniyada 108 2A4 tankı var.
Finlandiya Müdafiə Nazirliyi bildirib ki, onlar Ukraynaya tank göndərməyi planlaşdırırlar, lakin onların töhfəsi çox da böyük olmayacaq.
“Biz hələ NATO üzvü deyilik və müdafiəmizi təhlükəyə ata bilmərik”, - deyə bəyanatda bildirilir.
Seymur Bənnayev
Sitat.info