“Uzun illərdir ki, Qərb Ukraynadan birbaşa ölkəmizə qarşı hibrid müharibə aləti kimi istifadə edir”.
Sitat.info xəbər verir ki, bu sözləri Anqolanın xarici işlər naziri Tete Antonio ilə Luandada görüşdən sonra keçirilən birgə mətbuat konfransında Lavrov deyib.
O bildirib ki, Qərb Ukraynadan bu ölkənin rusdilli əhalisinə qarşı açıq şəkildə müstəmləkəçilik siyasəti yürütmək üçün istifadə edir.
Lavrov bəyan edib ki, Ukrayna açıq şəkildə anti-Rusiya anlayışının və Ukrayna torpaqlarında Rusiyanın təhlükəsizliyinə təhdidlərin qarşısını almaq üçün “xüsusi hərbi əməliyyat” həyata keçirib.
Anqola xarici işlər naziri Antonio isə Ukrayna ilə olduğu kimi Rusiya ilə də tarixi əlaqələri nəzərə aldıqlarını ifadə edərək, "Müdaxilə etməmək prinsipinə sadiqik".
Antonio Ukraynadakı müharibə ilə bağlı dialoqa və atəşkəsə çağırıb.
Məğrur,
Sitat.info