"Azərbaycan ictimaiyyəti bunu qəbul etməlidir ki, AK Parti və Ərdoğanı sevsən də, sevməyən də bilməlidir ki, Türkiyə Ərdoğanın hakimiyyətdə olması Azərbaycanın suverenliyi ilə, güclənməsi ilə , ərazilərinin geri qaytarılması ilə birbaşa bağlıdır. Nə qədər ki Ərdoğan Türkiyədə hakimiyyətdədir və güclüdür, Azərbaycan da bir o qədər Rusiyaya qarşı , Ermənistana qarşı, hətta İrana qarşı bir o qədər güclü mövqedədir. Ərdoğan Türkiyədə zəifləyəcəksə, Azərbaycan da Rusiya, Ermənistan, İran və Fransa qarşısında zəifləyəcək".
Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib.
Onun fikrincə, bu bağlılığı inkar etmək, və ya "fərqi yoxdur" demək həmin adamın qərəzli olmasından, yaxud da siyasi anlayışınının zəif olmasından xəbər verir: "Biz hamımız , iqtidarlı-müxalifətli Türkiyəni ciddi şəkildə izləməliyik ki, orada hakimiyyətə kim gələcək, Ərdoğan qalib olacaqmı, parlamentdə nə qədər yer tutacaqlar və sair. Ərdoğan Qarabağ müharibəsində Azərbaycana dəstək olanda Türkiyə parlamentində bəzi müxalif deputatlar sual verirdilər ki, bizim Azərbaycanda nə işimiz var? Biz niyə Azərbaycana yardlm etməliyik, niyə müharibəyə qoşulmalıyıq?".
T.Abbaslının sözlərinə görə, heç kim gözləməsin ki, Türkiyədə hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq hazırki münasibətlər davam edəcək: "Hakimiyyətdə başqa qüvvələr gəlsə, xalqlar arasında dostluq münasibəti qalsa belə, siyasi hakimiyyət indiki qədər dəstək olmayacaq. Ərdoğanın seçilməsi, Türkiyə siyasi hakimiyyətində qalması, Partiyasının qalib gəlməsi birbaşa bizim Qarabağdakı qondarma rejim, Ermənistan, Fransa, Rusiya və İranla münasibətlərimizə təsir edəcək".
Məğrur,
Sitat.info