Ukraynada ikinci dəfə genişmiqyaslı hava xəbərdarlığı elan edilib.
Sitat.info xəbər verir ki, buna səbəb Belarus döyüş təyyarələrinin gün ərzində ikinci dəfə Ukrayna səmasında görünməsi olub.
Bəzi məlumatlara görə, Belarus döyüş təyyarələri təlim keçirlər.
Buna baxamyaraq Ukrayna tərəfi ehtiyatlı davranaraq, bütün bölgələrində həyəcan təbili çalıb.
Öz növbəsində Belarusian Qayun monitorinq qrupu bildirir ki, saat 13:50-də Rusiya Aerokosmik Qüvvələrinə məxsus MiQ-31K Maçulişçi aerodromundan havaya qalxıb.
Bildirilib ki, bu qırıcılar Kinjal raketlərinin potensial daşıyıcıları ola bilər.
Məğrur,
Sitat.info