Ermənistan və Fransanın Qarabağla bağlı hiyləgər planı: "İrəvanda yerləşdikdən sonra..."

18:08 25 Yanvar 2023

"Avropa Birliyinin mülki missiyasının İrəvanda yerləşdirilməsində Fransanın öz məqsədi  ola bilər. Belə ki, Fransa Ermənistanda yerləşdikdən sonra Azərbaycan ərazisinə keçmək iddiası da ola bilər. Onlar da rus hərbçiləri kimi Qarabağda olmaq istəyərlər".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O vurğulayıb ki, bu mümkün deyil: "Fransa hərbçiləri Ermənistanın dəvəti ilə İrəvana gələ bilər. Ancaq Qarabağ bizim torpağımızdır, ora keçmələri mümkün deyil. Bizim indi əsas  məqsədimiz 2 il ərzində rus hərbi kontingentini danışıqlar yolu ilə yola salmaqdır".

Politoloqun sözlərinə görə, biz imkan verə bilmərik ki, onların yerinə Fransanın və ya hansısa Qərb ölkəsinin hərbçiləri gəlsin: "Ermənistan və Fransanın birgə planı, hiyləsi bundan ibarətdir. Mülki missiya adı altında gəlib daha sonra başqa bir missiya qazanıb, Qarabağda müşahidəçi qismində iştirak etmək. Burada Azərbaycanın razılığı lazımdır. İrəvanda nə istəyirlər edə bilərlər, amma Qarabağda nəsə etmək üçün Azərbaycanın razılığı şərtdir. Biz buna razılaşmayacağıq. Bu iki ildəki əsas hədəfimiz Qarabağdan rus hərbi kontingentini və separatçıları çıxartmaqdır". 

Nərgiz,

Sitat.info



Xəbər xətti