Ukraynaya müxtəlif ölkələrdən tezliklə 80 ədəd “Leopard 2” tankları göndəriləcək.
Sitat.info Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniyanın Sosial-Demokrat Partiyasının Mətbuat xidməti yayıb.
Məlumatda xatırladılıb ki, sözügedən tankların 14-nü Almaniya göndərəcək.
Xatırladaq ki, Ukraynaya “Leopard 2” tanklarının göndərilməsi məsələsi bir neçə həftə ərzində müzakirə olunub. Yanvarın 25-i Almaniya Kansleri Olaf Şolts ölkənin Ukraynaya 14 tank göndərəcəyini açıqlayıb. Həmin gün Fransa, Norveç, Slovakiya, Portuqaliya və digər ölkələr də Ukraynaya tank göndərəcəyini elan edib. Eyni zamanda, ABŞ Prezidenti Co Bayden ölkəyə 31 ədəd “Abrams” tankının və 8 zirehli maşının göndəriləcəyinin anonsunu verib.