Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın xidməti avtomobili qəza törədib.
Sitat.info xəbər verir ki, hadisə yanvarın 26-da səhər saatlarında İrəvanın Komitas prospekti ilə Gülbenkyan küçəsinin kəsişməsində baş verib.
A.Qriqoryanın “Toyota Lənd Kruser” markalı xidməti avtomobili “Ranc Rover”lə toqquşub. Hər iki sürücü alkol testindən keçirilib.
Sürücülər qəzaya görə bir-birilərini günahlandırıblar./Axar.az