Facebook və Instagram-ın əsas təşkilatı Meta 2021-ci ildə Konqresin basqınından sonra hesabları bağlanan ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesablarını yenidən aktivləşdirəcək.
Sitat.info xəbər verir ki, Metanın qlobal məsələlər üzrə rəhbəri Nik Kleq Trampın hesablarının gələn həftə yenidən açılacağını açıqlayıb.
Kleq həmçinin 2024-cü ildə prezident seçkilərində iştirak edəcəyini açıqlayan Trampın hər platforma qayda pozuntusuna görə hesabının 2 ilə qədər dayandırılacağını bildirib.
Sabiq prezidentin sözügedən platformalara qayıdıb-qayıtmayacağı hələlik məlum deyil.
Qeyd edək ki, Facebook, 6 yanvar 2021-ci ildə Konqresin basqınından bir gün sonra Trampın hesabını bağladı.
Seymur Bənnayev
Sitat.info