Çavuşoğlu İsrailin amansız siyasətini qınayır

15:46 26 Yanvar 2023

Xarici işlər naziri Mövlud Çavuşoğlu Serbiyanın baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə birgə mətbuat konfransında çıxış edib.

Sitat.info xəbər verir ki, İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində Cenin şəhərinə təşkil etdiyi basqın nəticəsində 9 fələstinli həyatını itirib, 16 nəfər isə yaralanıb.

Xarici işlər naziri Çavuşoğlu bu gün Serbiyanın baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə birgə mətbuat konfransında bu hücumu qınayıb. Çavuşoğlu bildirib ki,  "İsrail hökumətindən bu cür hücum və təxribatlardan əl çəkməsini xahiş edirik. Ölən qardaşlarımıza başsağlığı veririk".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti