Rəşid Hacılı Erkin Qədirlini dəstəklədi: “Demokratik olmayan seçki” və “saxta seçki” fərqli şeylərdir"

16:01 26 Yanvar 2023

"Erkin Qədirli demokratik olmayan seçkilərdə seçildiyini deyib. “Demokratik olmayan seçki” və “saxta seçki” fərqli şeylərdir. Mənim qənaətim budur ki, seçkilərdə ciddi saxtakarlıqlar olub. Amma Erkin Qədirlinin dediyi cümlə bu anlama gəlmir".

Sitat.info xəbər verir ki, bu sözləri hüquqşünas Rəşid Hacılı deyib. 

Onun sözlərinə görə, demokratik olmayan ümumi siyasi qiymətdir, saxta seçki isə konkret hadisəyə və hadisələrə hüquqi qiymətdir: "Erkin Qədirli “saxta yolla seçilmişəm” deməyib axı! Bəziləri belə anlayıblar və belə təqdim edirlər. Milli Məclisdə bir çox deputatın səsvermə günü qutuda qalib gəldiyinə mən də inanıram. Karusel, saxta bülleten-filan olmadan üstünlük qazana bilərsən. Seçiciləri inzibati resurslardan, pulundan, tanışlığından istifadə etməklə səsverməyə gətirə bilərsən. Qutudan çıxa bilərsən. Amma ölkədə partiyaların fəaliyyəti məhduddursa, vətəndaş cəmiyyətinin fəaliyyəti məhduddursa, tənqidçi medianın azadlığı və imkanları məhduddursa, sərt siyasi debatlar imkanı yoxdursa, sərbəst toplaşma azadlığı təmin olunmursa, seçkilərin təşkili və idarəedilməsində qüsurlar varsa bu demokratik seçkilər yoxdur anlamına gəlir. Qutuya toxunmasalar belə, bu halda seçkilər demokratik deyil".



Xəbər xətti