Rusiya ordusu Ukraynanı raket atəşinə tutdu - Yenilənib

16:07 26 Yanvar 2023

Rusiya ordusu Ukrayna ərazisini yenidən raket atəşinə tutub.

“Sitat.info” Ukrayna mediasına istinadən xəbər verir ki, ölkənin Nikolayev, Kiyev, Dnepropetsovsk və Xerson vilayətlərində partlayışlar baş verib.

Ölkənin bütün ərazisində hava hücumu təhlükəsi elan edilib. Bununla yanaşı, Odessa və Vinnitsa şəhərlərində də partlayışlar qeydə alınıb.

13:16

Kiyevin merin Vitaliy Kliçkonun məlumatına görə, raket hücumu nəticəsində Kiyevin Qoloseyevsk rayonunda 1 nəfər həlak olub, daha 2 nəfər isə yaralanıb. 

İlkin məlumata görə, 55 yaşlı kişi zərərsizləşdirilən raketin bir hissəsinin yerə düşməsi nəticəsində həlak olub.

16:04

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeriy Zalujnıy bildirib ki, Rusiya bugünkü hücum zamanı Ukrayna ərazisinə 55 raket atıb.

Sözügedən raketlərdən 47-si zərərsizləşdirilib. Bununla yanaşı, 3 raket hədəfə çatmayıb. Bildirilir ki, Rusiya ordusu Ukraynaya “Kinjal” hipersəs raketləri, eləcə də “Tu-95”, “Su-35”, “MiQ-31K” təyyarələrində “X-101”, “X-555”, “X-47”, “Kalibr” və “X-59” raketləri atıb. 

/Qafqazinfo

 



Xəbər xətti