İngiltərədə kibertəhlükəsizlik xəbərdarlığı: "uğurla hədəf almağa davam edirlər"

16:17 26 Yanvar 2023

Böyük Britaniyanın Kibertəhlükəsizlik Mərkəzi (NCSC) xəbərdarlıq edib ki, Rusiya və İranda yerləşən hakerlər ölkədəki şəxsləri və təşkilatları “uğurla hədəf almağa” davam edirlər.

Sitat.info xəbər verir ki, NCSC-dən verilən açıqlamada, "Rusiya mərkəzli seaborgıum və İranda yerləşən TA453, məlumat toplama fəaliyyətləri üçün Böyük Britaniya təşkilatlarına, şəxslərə və digər müvafiq sahələrə qarşı fişinq hücumlarından uğurla istifadə etməyə davam edir." deyildi.

Hədəf profillərindəki oxşarlıqlara baxmayaraq, iki qrupun hücumlarının ayrı-ayrı hərəkətlər olduğunu ifadə edən açıqlamada bildirib ki, “Hədəflər üçün maraqlı olduğu bilinən məlumatlardan istifadə edərək, konkret bir fərd və ya qrupu hədəf alan fişinq hücumları üçün xarakterikdir."

Həmçinin bildirilir ki, hakerlər qondarma konfrans və ya tədbir dəvətnamələrindən istifadə etməklə yanaşı, hörmətli ekspertləri təqlid edən saxta sosial media profilləri yaradıblar.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti