Ukrayna Baş Qərargah rəisi Valeriy Zalujnı Rusiyanın Ukraynaya kütləvi raket hücumu təşkil etdiyini bildirib. O, bəyan edib ki, Rusiya tərəfindən buraxılan 55 raketdən 47-si məhv edilib. Rusiya bu gün Ukrayna ərazisinə 55 raket atıb, onlardan kiyevə atılan 20 raket də daxil olmaqla 47-si məhv edilib.
Sitat.info xəbər verir ki, Rusiyanın Ukraynaya 55 raket atdığını və bunlardan 20-nin paytaxt Kiyev vilayətində olmaqla 47-nin məhv edildiyi bildirilib. Zalujnı bildirib ki, “Ukrayna Hərbi Hava Qüvvələri Silahlı Qüvvələrin digər bölmələri ilə əməkdaşlıq edərək 47 qanadlı və idarə olunan raketi məhv edib. Bundan əlavə, 4 ədəd X-59 hava raketindən üçü hədəflərinə çata bilməyib".
"Rusların məqsədi dəyişməz olaraq qalır, ukraynalılara psixoloji təzyiq və kritik infrastrukturun məhv edilməsi", - Zalujnı bildirib.
Ukrayna Silahlı Qüvvələrindən verilən açıqlamada atılan raketlərin hava və dəniz bazalı raketlər olduğu bildirilib. Açıqlamada sözügedən raketlərin Xəzər və Qara dənizdən, eləcə də Rusiya sərhədlərindən atıldığı bildirilib.
Seymur Bənnayev
Sitat.info