Hökumət müxalifəti əzdiyi üçün İranda "edam çılğınlığı" hökm sürür

17:26 26 Yanvar 2023

İran bu yaxınlarda Britaniyanın xeyrinə casusluq ittihamı ilə keçmiş müdafiə nazirinin müavini, milliyyətcə Britaniya iranlı Əlireza Əkbərini edam edib. Əkbərinin edamı İran hakimiyyətinin hökumət əleyhinə etirazları yatırtması və daha dörd edam həyata keçirməsi zamanı baş verib.

Sitat.info xəbər verir ki, Qərb ölkələri, o cümlədən ABŞ və Aİ İranın edam hökmlərini və mühakimələrini qüsurlu olmaqda ittiham edir.

Sentyabr ayında İranda əxlaq polisinin geyim qaydalarını pozduğuna görə saxladığı iranlı kürd qadın Məhsa Əmininin ölümündən sonra İranda ümummilli hökumət əleyhinə nümayişlər başlayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti