Misirdə kral məzarlarının yerləşdiyi tarixi Sakkara bölgəsində aparılan arxeoloji tədqiqatlar zamanı 5-ci və 6-cı Fironlar sülaləsinə aid mumiya, 9 heykəl və bəzi qiymətli əşyalar tapılıb.
Sitat.info xəbər verir ki, Misir arxeoloqu, Qədim Əsərlər Naziri Zahi Havas mətbuat konfransında Sakkara bölgəsində aparılan arxeoloji qazıntılar və tapılan yeni əsərlərlə bağlı açıqlamalar verib.
Qədim Sakkara bölgəsində arxeoloji tədqiqatlar aparan qrupdan məsul olan Havas, qazıntılar zamanı 4300 yaşı olduğu təxmin edilən mumiya, 9 heykəl və bəzi qiymətli əşyaların tapıldığını bildirib.
Havas, tapılan əsərlərin 5-ci Fironlar sülaləsi (e.ə. 2487-2449) və 6-cı Fironlar sülaləsinə (e.ə. 2345-1821-ci illər arasında) aid olduğunu bildirib.
Havas qeyd edib ki, sözügedən heykəllər əhəng daşından hazırlanıb və üzərində heç bir tikmə olmadığı üçün kimə aid olduqlarını müəyyən edə bilməyiblər.
Havas, tapılan mumiya ilə bağlı “Tapılan mumiya kişiyə məxsusdur. Onun adı Heka Şibsdir. Bu tabut 4300 ildir açılmayıb. Bu, tapılan kral mumiyalarından başqa indiyə qədər tapdığımız ən qədim mumiyadır”- deyə bildirib.
Seymur Bənnayev
Sitat.info