"Aksiya maksimum 10 gün olmalı idi, sonra Azərbaycan ..." -  Üzeyir Cəfərov

18:33 26 Yanvar 2023

"Azərbaycanı ruslar 2016-cı ildə aldatdılar, 2020-ci ildə aldatdılar, 2022-ci ildə aldatdılar. İndi 2023-cü ildir. Azərbaycanı hər iki gündən bir hədəfə gətirirlər. Niyə ruslar şərait yaratmır ki, Muxtar Babayev və komandası gedib orada monitorinq keçirsin. Biz əgər düşünürüksə, elə plakatda şüarlar yazaraq orada dayanmışıqsa hər şey həll olunacaq. Yox, heç buraxmayacaqlar bizi ora. İdeya olaraq gözəl idi, təşəbbüs gözəl idi. Ancaq reallaşdırmağı bacarmadıq, hesablama aparmadıq. Aksiya 1 həftə -10 gün olmalı idi. Ondan sonra Azərbaycan öz tələblərini sərt şəkildə qoymalı idi". 

Sitat.info xəbər verir ki, bu sözləri Reaksiya TV-nin efirində hərbi ekspert Üzeyir Cəfərov deyib. 

O vurğulayıb ki, 10 günə nə Avropa Parlamenti, nə Avropa Şurası nə də digər qurumlar Azərbaycanı bu cür hədəfə gətirməzdilər: "Ruben Vardanyan kimi bir çaqqal bu gün legitimləşməzdi. Bu gün onu və separatçı qurumu Rusiya leqallaşdırır. HAqlı olduğumuz haqda heç nə edə bilmirik. 28 il bizə bəs etmədi? 28 il idi ki, bu beynəlxalq kələkbazlar bizi aldadırdılar. Rusiyası, Fransası, Amerikası - bizi aldatdılar. İndi yenə İrəvana missiya gəlib. Gələn missiyanın rəhbəri Almaniya polisinin şefidir. Onlar oraya silah da gətirəcəklər. Bu iki il az müddət deyil". 

Ü.Cəfərov vurğuladı ki, bu gün beynəlxalq hüquqa arxalanmaq sadəlövhlük olar: "Biz oturub gözləyirik ki, Avropa ədalətli qərar verəcək? 28 il ərzində BMT-nin sənədləri icra olunmadı. Kim etmədi - Ermənistan! Ruben Vardanyan gəlib burada öz qaydalarını diqtə edir. Buna o ixtiyarı kim verib? Bu gün qalib ölkə olan Azərbaycan Ermənistanı masa arxasında otuzdura bilmir. Kimdi onlara cəsarət verən, Fransadır? Bu gün beynəlxalq hüquq işləmir. Türkiyə ilə müəyyən məsələləri həll etməli,  ordumuzu  gücləndirməliyik". 

Nərgiz,

Sitat.info



Xəbər xətti