İsrail Baş Qərargahından orduya “sayıqlıq” əmri verilib

18:56 26 Yanvar 2023

İsrail Baş Qərargah rəisi Herzi Halevi işğal altındakı İordan çayının qərb sahilindəki Cenin Qaçqınlar Düşərgəsinə basqından sonra ordunun sayıqlıq səviyyəsinin artırılması əmrini verib.

Sitat.info xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamaya görə, Cenin basqını qiymətləndirmək üçün səlahiyyətli şəxslər iclas keçirib.

İclasda “İsrail qüvvələrinin bu gün Cenin şəhərində vətəndaşlara və təhlükəsizlik qüvvələrinə qarşı hücumlar planlaşdıran hücrəni devirmək üçün təşkil etdiyi basqını” gözdən keçirilib.

Açıqlamada, Halevinin ordunun sayıqlıq səviyyəsinin artırılması və mümkün hücumlara qarşı basqınların davam etdirilməsi əmri verdiyi bildirilib.

Qeyd edək ki, İsrail qüvvələrinin bu gün İordan çayının qərb sahilinin şimalındakı Cenin Qaçqınlar Düşərgəsinə təşkil etdiyi basqında 9 fələstinli həlak olub. Fələstin Səhiyyə Nazirliyi basqın zamanı 4-ü ağır olmaqla 20 fələstinlinin yaralandığını açıqlayıb.

İsrail əsgərlərinin ilin əvvəlindən Qərb Sahilində və Şərqi Qüdsdə açdığı yanğınlarda 5-i uşaq olmaqla cəmi 29 fələstinli həyatını itirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti