Xameneinin bacısı oğlu rejimi devirməyə çağırdı

10:45 27 Yanvar 2023

İranın dini lideri Əli Xameneinin bacısı oğlu Mahmud Muradxani Tehran rejimini devirməyə çağırıb.

Sitat.info xəbər verir ki, o, bunu yanvarın 26-da Parisdə keçiriln mətbuat konfransında deyib.

O, Xameneini legitimliyi olmayan şəxs adlandırıb və onun hakimiyyətinin süqutunun tezləşdirilməsi üçün fəaliyyətlərin genişləndirilməsinə təkid edib.

Muradxani dini lideri millətin qəssabı və iranlılar arasında ən nifrətə layiq şəxs adlandırıb və bildirib ki, rejim ideoloji əsaslar üzərində qurulduğuna görə islahatlar aparmaq mümkün deyil./Axar.az



Xəbər xətti